Vüqar Gülməmmədov: "Ağıllı kənd" layihəsi ilə bağlı auditin nəticələri hazırdır"
Hesablama Palatasının “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı apardığı auditin nəticələri hazırdır.
Bunu "Sizinxeber.az"a müsahibəsində Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
"Palata həmin layihə üzrə nəzarət tədbirini pre-audit formasında keçirib. Auditin nəticələrini hələki rəsmiləşdirməmişik. Lakin bəzi ilkin nəticələri təqdim edə bilərəm. Audit çərçivəsində müəyyən edilib ki, karbon izini əhəmiyyətli dərəcədə azaldan müasir və resurslardan səmərəli istifadəyə imkan verən layihələndirmə və tikinti işləri aparılıb. Başqa sözlə, binaların izolyasiyası və alternativ mənbələrdən enerji istehsalı hesabına karbon emissiyaları azalıb. Eyni zamanda, layihə üzrə tikinti norma və standartlarına uyğun işlərin müvafiq qaydada rəsmiləşdirilməsi keçirilib. Həmçinin bəzi müqavilələrin məbləğlərinin real tələbat və görüləcək işlər diqqətə alınmaqla azaldılması işləri aparılıb. Bu fəaliyyətlərə aparılan auditin töhfəsinin olduğunu bildirməliyəm", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, "Ağıllı kənd" konsepsiyası yerli əhalinin iqtisadi, sosial və ya ekoloji şəraitinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun və strategiyaların yaradılmasını nəzərdə tutur: "Ağıllı həllər"lə bağlı bəzi audit nəticələrinə toxuna bilərəm. Məsələn, bu həllər ilə bağlı konseptual yanaşmalardakı qeyri-müəyyənlik, həmçinin bu sahədə hazırda mövcud olan milli hüquqi çərçivədəki boşluqlar bu tərz layihələrin icrasına effektiv nəzarəti risklərə məruz qoyur. Hazırda layihənin sosial-iqtisadi inkişaf, maliyyə idarəçiliyi, yerli idarəetmə və digər aspektləri nəzərə alan kompleks idarəetmə çərçivəsinin qurulumasına ehtiyac olduğunu göstərir".
V.Gülməmmədovla müsahibəni buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Hesablama Palatası: Naxçıvanda 11 ayda 33 milyon manatın bərpasına qərar verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda auditin inkişafına mane olan amillər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının sədri: "Ətraf mühitin qorunması ekoloji auditlərin sayının artırılmasından keçir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Gülməmmədov: "İqlim dəyişikliyinin təsirinin azaldılması büdcə vəsaiti ayrılmasını tələb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












