Hesablama Palatası: Naxçıvanda 11 ayda 33 milyon manatın bərpasına qərar verilib
Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, bunlarının hamısının nəticələri artıq rəsmiləşdirilib.
"Report" Palataya istinadən xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bu gün Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.
"Auditlər nəticəsində 32,5 milyon manat vəsaitin pul, natura və əvəzləşmə formasında bərpa edilməsinə dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi üçün 5 auditin nəticələri yerli Nazirlər Kabinetinə təqdim olunub", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəiflik var: "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də sahə üzrə kifayət qədər bacarıqlara və biliklərə malik olmaması nöqsanların yaranması ilə nəticələnir. Hesab edirik ki, müxtəlif dövlət orqanlarının, o cümlədən Maliyyə Nazirliyi və Hesablama Palatasının Naxçıvanda dövlət sektoru üzrə sağlam maliyyə idarəedilməsinə dəstək göstərməsi vacibdir. Bu, maliyyə intizamının yüksəldilməsinə də səbəb olacaq. Məhz bunlar diqqətə alınmaqla, bu kimi görüşləri, bəzi hallarda işçi qaydada seminarların keçirilməsi üçün təşəbbüsləri dəstəkləyirik".
Oxşar xəbərlər
Hesablama Palatası bu il 91 mln. manatlıq maliyyə pozuntusu aşkarlayıb
Hesablama Palatası "Naxçıvan TV" ilə bağlı Baş Prokurorluğa müraciət edəcək
Hesablama Palatası: Gələn ildən Naxçıvanda "Dövlət auditi" proqramı üzrə təlimlər keçiriləcək
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb
Vüqar Gülməmmədov: “Naxçıvanda aparılan auditlər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













