Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü ili 770 min manat xalis zərərlə başa vurub. Halbuki, 2022-ci ildə Xidmətin gəlirləri və xərcləri eyni olmuşdu.
"Sizinxeber.az" xəbər verir ki, ötən il Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməliyyat gəlirləri 6,157 milyon manat (əvvəlki ilə nisbətən 12,65 dəfə çox), faiz gəlirləri 395 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 471 min manat (əvvəlki il olmayıb), ümumi və inzibati xərcləri 7,49 milyon manat (15,6 dəfə çox), maliyyə xərcləri 123 min manat (24 dəfə çox), pul vəsaitləri üzrə gözlənilən kredit zərəri 85 min manat (əvvəlki il olmayıb), xarici valyutanın yenidən qiymətləndirilməsi üzrə zərəri 16 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 79 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin aktivləri 232,877 milyon manat olub ki, bu da illik müqayisədə 35,55 dəfə çoxdur. Hesabat dövründə Xidmətin öhdəlikləri 34,15 dəfə artaraq 66,597 milyon manata, balans kapitalı isə 36,15 dəfə artaraq 166,28 milyon manata çatıb.
Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












