Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
sizinxeber.az xəbər saytı

Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2023-cü ili 162,917 milyon manat xalis zərərlə başa vurub.

“Report” agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,7 % çoxdur.

Ötən il Dövlət Məşğulluq Agentliyinin əməliyyat xərcləri 116,812 milyon manat (əvvəki ilə nisbətən 14,7 % çox), ümumi və inzibati xərcləri 46,209 milyon manat (34,5 % çox), maliyyə xərcləri 195 min manat (39 dəfə çox), maliyyə gəlirləri 4 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 297 min manat (3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (2,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 96,531 milyon manat olub ki, bu da illik müqayisədə 6,8 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 11,2 dəfə artaraq 5,927 milyon manata çatıb, balans kapitalı isə 12,1 % azalaraq 90,604 milyon manata düşüb.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.

Oxşar xəbərlər

"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub
Dövlət Sosial Müdafiə Fondunun mənfəəti 46 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər