Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır
Naxçıvan Muxtar Respublikasına (MR) dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.
"2025-ci ilin dövlət büdcəsində ölkə Prezidentinin müvafiq fərmanı ilə Naxçıvanın Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji” və “Azərişıq” ASC-lərə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Naxçıvana dotasiya azaldılır
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir
Gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb
Azərbaycan gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırır
Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













