Bakıda keçiriləcək beynəlxalq üzgüçülük turniri üçün müzakirələr aparılıb
sizinxeber.az xəbər saytı

Bakıda keçiriləcək beynəlxalq üzgüçülük turniri üçün müzakirələr aparılıb


Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri Namhi Ço, Ben Haris və Vadim Axmadiyev Azərbaycana səfər ediblər.

Azərbaycan Üzgüçülük Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, məqsəd oktyabrda keçiriləcək "Silk Road Tour"un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ofisini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar.

Xatırladaq ki, 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə "Silk Road Tour" Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Rumıniyada görüş keçiriblər
Bakıda üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının III final mərhələsi keçiriləcək
Üzgüçülük üzrə Azərbaycan yığması toplanışa başlayıb
Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
AÜF prezidenti: "Avropa Üzgüçülük Federasiyası rəsmiləri ilə geniş və məhsuldar görüş keçirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər