Gələn ilin dövlət büdcəsinə dəyişiklik nəticəsində ən çox artımın olacağı sahə məlum olub
sizinxeber.az xəbər saytı

Gələn ilin dövlət büdcəsinə dəyişiklik nəticəsində ən çox artımın olacağı sahə məlum olub


Gələn ilin dövlət büdcəsində əsas bölmələrə aid edilməyən xərclər 160 milyon manata yaxın artırılır.

APA-nın xəbərinə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, əsas bölmələrə aid edilməyən xərclər üçün 1 milyard 728 milyon 333 min 824 manat nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu məqsədlə 1 milyard 887 milyon 767 min 330 manat ayrılacaq. Bu, gələn ilin dövlət büdcəsində dəyişiklik nəticəsində ən çox artımın olacağı istiqamətdir.

Başqa sözlə, bu istiqamətdə əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət üçün nəzərdə tutulan xərclər 855 milyon 813 min 824 manatdan 1 milyard 15 milyon 247 min 330 manata, sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 785 milyon 767 min 925 manatdan 945 milyon 201 min 431 manata qaldırılır.

Oxşar xəbərlər

Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb
Azərbaycanın gələn il üçün nəzərdə tutduğu xarici yardımların həcmi 2 dəfədən çox artırılır
Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər