Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 mlrd. manatı ötüb
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Sosial sığorta haqları üzrə daxilolmalar 10%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial sığorta haqları üzrə ödənişlər 11%-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












