Sosial sığorta haqları üzrə daxilolmalar 10%-dən çox artıb
sizinxeber.az xəbər saytı

Sosial sığorta haqları üzrə daxilolmalar 10%-dən çox artıb


2024-cü ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% və ya 395,7 milyon manatdan çox artıb.

Sizinxeber.az-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 2,7 milyard manatdan çox təşkil edib.

Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12% artıb və 148,7 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,5% artaraq 112,4 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-ci ilin müvfiq dövrünə nisbətən 8,1% artıb və 738,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1% artaraq 524,9 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
Naxçıvanda icbari tibbi sığorta daxilolmaları 17 % artıb
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 900 mln. manata yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle