Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 96 milyon manat təşkil edib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.5% və ya 2 milyard 117 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 841 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 757 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 211 milyon manatı bankomatlar vasitəsi ilə, 276 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2024-cü il noyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 227 min təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Şərqi Zəngəzura yatırımların həcmi 4 mlrd. manatı ötüb
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 mlrd. manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
