Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb


1 oktyabr 2024-cü il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 299,1 milyon ABŞ dolları ( 9 milyard 8,5 milyon manat), daxili dövlət borcu isə 17 milyard 192,9 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici dövlət borcu 2024-cü il üzrə proqnozlaşdırılan 121 milyard 342,5 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 7,4 faizini, daxili dövlət borcu isə 2024-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14.2 faizini təşkil edib.

Qeyd edilib ki, cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 162,1 milyon ABŞ dolları və ya 18 faiz azalıb. 1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,7 faiz,valyutalar üzrə isə ABŞ dolları ilə – 86,1 faiz, avro – 6,1 faiz, yapon yeni – 3,4 faiz, digər valyutalar – 0,7 faiz.

“2024-cü ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi isə mütləq ifadədə 1.326,5 milyon manat məbləğində artıb. Bu artımın əsas səbəbləri dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub” - deyə nazirlikdən bildirilib.

Oxşar xəbərlər

Bu il 1,1 mlrd. manatdan artıq xarici dövlət borcu qaytarılıb
Azərbaycanın xarici borcunun strukturu açıqlanıb
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb
Azərbaycanın daxili dövlət borcu 705,5 mln. manat artıb
Gələn il dövlət borcuna 2.5 milyard manatdan çox vəsait yönəldiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər