Nazir: Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır
Maliyyə naziri Samir Şərifov Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə transfertin artımına aydınlıq gətirib.
APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, artım Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır: “Ermənistan ciddi şəkildə silahlanır. Buna cavab olaraq, cənab Prezidentin tapşırığına əsasən, milli təhlükəsizlik xərclərinin artrılmasına, ona görə də Neft Fondundan transfertin artırılmasına ehtiyac yaranıb. Bilirsiniz ki, biz Neft Fondundan transfertin cari illə müqayisədə artmasının tərəfdarı deyildik”.
Qeyd edək ki, 2025-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 700 milyon manat və ya 13,3 faiz, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 2 milyard 743,4 milyon manat və ya 23.4 faiz çoxdur.
Oxşar xəbərlər
2025-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 mlrd. manat artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Şərifov: Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətinin gəlirlərin azalmasına təsiri ilə bağlı tədbirlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












