ASA: Türk Dünyası Sığorta Birliyi yenidən formalaşdırılır
Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində yenidən formalaşdırılır.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev Türkiyədə XIII Sığorta Həftəsi çərçivəsində Antalya şəhərində "3-cü Beynəlxalq Sığorta Konqresi və Sərgisi"nin "Türk dövlətlərinin ekosistemində sığortaçılıq" panelində "Türk Dünyası Sığorta Birliyi: Gələcəyə Baxış" mövzusundakı çıxışında deyib.
"Türk Dünyası Sığorta Birliyi qısa zamanda TDT diqqətini çəkdi və üzv ölkələrə TDT-nin himayəsinə daxil olmaqla bağlı müraciət olundu. Azərbaycanın aidiyyatı dövlət qurumları bu müraciəti dəstəkləyərək, təsdiqləyiblər", - deyə o qeyd edib.
E.Mirsalayev qeyd edib ki, Türk Dünyası Sığorta Birliyinin fəaliyyəti tam təmin olunandan sonra üzv ölkələrin sığorta bazarlarında yüksək böyümə müşahidə edilə bilər: "Böyümə ilə bağlı proqnozların gerçəkləşməsi üçün konkret hədəf indikatorlarına ehtiyac var. Belə ki, Birliyə üzv ölkələrin sığorta bazarları arasında qarşılıqlı biznes əlaqələrinin qurulması, təcrübə mübadiləsinin sistemli şəkildə təşkil olunması mövcud proqnozları sadə bir rəqəmdən reallığa çevirəcək. Xüsusilə də bu dövlətlərdə sığortanın sosial-iqtisadi müdafiə qanadı olaraq yer almasını tam təmin edə bilsək böyümə davamlı hal alacaqdır".
ASA sədri Türk Dünyası Sığorta Birliyinin yenidən təşkili ilə bağlı sənəd hazırladığını diqqətə çatdırıb: "TDT-də olduğu kimi Türk Dünyası Sığorta Birliyində də üzv ölkələrdən savayı, müşahidəçi ölkələr də təyin etmişik. Bu gün artıq 5 yox, 8 ölkənin sığortaçılarını Türk Dünyası Sığorta Birliyində bir çətir altında birləşdirəcək proklamasiya sənədini hazırlayırıq."
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının başçılığı ilə yerli sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyədə keçirilən Sığorta Həftəsində iştirak edirlər.
Oxşar xəbərlər
ASA: "Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə Azərbaycanın stendi olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dünyası Kino Rejissorları Birliyi - TÜRKFİLM yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taner Beyoğlu: "Türk Dünyası Kitabxanaları Birliyinin yaradılması ilə bağlı müzakirələr davam edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kərim Tahirov: “Yaxın zamanda Türk Dünyası Kitabxanaları Birliyi qurulacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda II Sığorta Festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













