Türkiyə rəsmisi: "İnflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacaq"
Türkiyədə inflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacağı gözlənilir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin maliyyə nazirinin müavini Osman Çelik ölkənin İstanbul şəhərində keçirilən və 13-cü Sığorta Həftəsi çərçivəsində təşkil olunmuş 3-cü Beynəlxalq Sığorta Zirvəsində bildirib.
Bundan başqa, o deyib ki, Türkiyə gələn il üçün 3,5 % iqtisadi artım hədəfləyir və 2027-ci ilə qədər adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 13 min ABŞ dollarından 20 min ABŞ dollarına çatdırılması planlaşdırılır.
Nazir müavini rəqəmsal transformasiya və iqlim dəyişikliyinin sığorta sektoruna təsir edən əsas amillər olduğunu vurğulayıb.
"Uzunömürlü insanların sayının artması pensiya sistemində çətinliklər yaradır ki, bunun da qarşısını almaq üçün insanları qənaətə təşviq etmək lazımdır. Sektorun məhsul çeşidlərini genişləndirməsi və biznes alətlərini təkmilləşdirməsi zəruridir", – deyə o əlavə edib.
Tədbirdə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev, eləcə də yerli sığorta şirkətlərinin nümayəndələri də iştirak edir.
Oxşar xəbərlər
ASA: "Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə Azərbaycanın stendi olacaq
Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
Maliyyə Nazirliyi: Orta illik inflyasiya tədricən azalacaq
Vitse-prezident: Türkiyə yaxın aylarda inflyasiya ilə mübarizədə ciddi nəticələr gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
