IFC: Banklar iqlim dəyişikliyi ilə mübarizədə səylərini artırmalıdırlar
sizinxeber.az xəbər saytı

IFC: Banklar iqlim dəyişikliyi ilə mübarizədə səylərini artırmalıdırlar


İqlim keçidi prosesində maliyyə təsisatları mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) kənd təsərrüfatı sığortası şöbəsinin rəhbəri Andrey Zaripov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.

Onun sözlərinə görə, bankların iqlim keçidinin prioritetləri barədə məlumatlı olması vacib faktordur. "Əksər maliyyə qurumları lazımi addımların ardıcıllığını başa düşürlər, lakin bəzən proses sona çatdırılmır. Dayanıqlı iqtisadiyyata keçid təkcə uzun deyil, həm də maraqlı bir yoldur və burada investisiyaların cəlb edilməsi ən vacib rol oynayır".

A.Zaripov vurğulayıb ki, investisiyaların əlçatanlığı həmişə təmin olunmur, lakin onların düzgün istifadəsi son dərəcə vacibdir. Bundan əlavə, IFC rəsmisi müştərilərin iqlim gündəliyinin təşviqində, xüsusilə kənd təsərrüfatında aşağı fəallığına diqqət çəkib.

"Fermerler ən mühafizəkar qruplardan biridir və dəyişikliklərə həmişə hazır olmurlar. Buna görə də "ağıllı kənd təsərrüfatı" və risklərin azaldılması kimi stimullar inkişaf etdirmək lazımdır," - deyə o əlavə edib.

Oxşar xəbərlər

AMB iqlim dəyişikliyi ilə bağlı maliyyə sistemini dəstəkləməyə çağırıb
Leyla Cabbarlı: “Fermerlər iqlim dəyişikliyinə ən həssas kateqoriyadır”
Məcnun Məmmədov: "İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir"
Sonya Paiva: "Azərbaycanda kənd təsərrüfatında qadınların iştirakına az diqqət yetirilir"
Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər