Leyla Cabbarlı: “Fermerlər iqlim dəyişikliyinə ən həssas kateqoriyadır”
İqtisadiyyatın ən mühüm sahəsi olan kənd təsərrüfatı qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə deyib.
Onun sözlərinə görə, fermerlər iqlim dəyişikliyi problemlərinə ən həssas kateqoriya olaraq qalırlar.
L.Cabbarlı onu da xatırladıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi ictimaiyyətin diqqətini iqlim fəaliyyətinin sürətləndirilməsinə cəlb etmək üçün nəzərdə tutulmuş 14 təşəbbüs irəli sürüb. O, bu təşəbbüslərdən birinin iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü olduğunu deyib: “Bu təşəbbüs əhalinin ən həssas təbəqəsinin, xüsusilə də fermerlərin səsinin duyulması və dəstəklənməsini təmin etmək üçün ortaq baxışımızı əks etdirir".
Sədr müavini bu təşəbbüsün uzunmüddətli dayanıqlığı və ərzaq təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə ərzaq təhlükəsizliyi problemlərinə həsr olunan sessiya keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov: "İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











