Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Bank Ekspertlər Şurası yaradılıb.
Bu barədə “Sizinxeber.az”a AQC sədri Vüqar Oruc məlumat verib.
O bildirib ki, Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş şəxslər üzv təyin olunub: “Bank Ekspertlər Şurasına rəhbərlik “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqova həvalə edilib. AQC Bank Ekspertlər Şurası ölkənin kommersiya banklarında çalışan, AQC kurslarında iştirak edən qiymətləndiricilərdən ibarətdir. AQC Bank Ekspertlər Şurası AQC Peşəkar Qiymətləndiricilər Şurasında müəyyən olunmuş kvota ilə təmsil olunacaq”.
Qeyd edək ki, ölkənin bank sektoru ilə qiymətləndirmə sektoru arasında əməkdaşlıq daha da möhkəmlənir. Belə ki, V. Oruc bu il Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzv seçilib.
Oxşar xəbərlər
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Azərbaycan Mərkəzi Bankı "Paşa Bank"ın vəzifəli şəxsini cərimələyib
Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının qeydiyyatına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
