BFB-nin sədri: "Səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil"
Azərbaycanda səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
"Səhv etmirəmsə, real olaraq təkrar səhm bazarı gələn aydan fəaliyyətə başlayacaq və inkişaf etdikcə, dərinləşdikcə kriptovalyuta bazarı ilə bağlı daha geniş düşünmək olar. Lakin hazırda bununla bağlı hər hansı plan mövcud deyil", - deyə o qeyd edib.
"Azərbaycanda fundamental bazar məhsullarını dərinləşdirmədən birbaşa rəqəmsal məhsullara keçid etmək çətindir. Bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və rəqəmsal transformasiya istiqamətində infrastruktur qurulması tamamlanmalıdır. Kriptovalyuta bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə bizdən asılı məsələ deyil. Bazarın tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankının özünün riayət etməli olduğu qanunvericilik var. Bu proses yuxarıdan aşağıya doğru həyata keçirilməlidir. Ancaq tənzimləmə və digər məsələlər tam həll olunsa belə, bu, bazarın tam hazır olduğu anlamına gəlməyəcək", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
BFB-nin İdarə Heyətinin sədri: Hazırda kripto bazarı ilə bağlı plan yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB sədri: Azərbaycanda kriptovalyuta sahəsi tənzimlənməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











