BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər
Bakı Fond Birjası (BFB) yeddi əsas strateji təşəbbüslə növbəti üç illik fəaliyyətini planlaşdırır.
"APA-Economics" xəbər verir ki, bunu BFB-nin yeni brendinq tədbirində qurumun idarə heyətinin sədri Ruslan Xəlilov deyib.
O, bildirib ki, bunlardan dördü istiqraz, üçü isə səhm bazarı üzrədir:
"İstiqraz bazarı üzrə birinci təşəbbüs dövlət müəssisələrinin istiqraz buraxılışının təşviq olunmasıdır. Dövlət müəssisələri potensial olaraq istiqraz bazarına cəlb oluna biləcək müəssisələrdir. Birinci növbədə dövlət müəssisələrinin istiqraz bazarındakı dövriyyə payını artırmaqdan söhbət gedir. Növbəti üç ildə potensial olaraq dövlət müəssisələrinin istiqraz həcmi 1,3 milyard manata qədər artırıla bilər. İkinci təşəbbüs instusional investor kütləsininin istiqraz bazarına cəlb olunmasıdır. Korporativ strukturlarda sərbəst qalmış vəsaitlər var ki, onların yatırım formasında bazara cəlb olunması mümkün olan istiqamətdir. Bununla bağlı iş aparacağıq. Üçüncü təşəbbüs korporativ istiqraz buraxılışlarının təşviqidir. Korporativ istiqrazıların həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,5 milyard manatdır. Son təşəbbüs fərdi investorların istiqraz bazarında rolunun artırılmasıdır. Proqnozlaşdırıla bilən fərdi investor potensialı 280 min manatdır".
R.Xəlilov səhm bazarı ilə də bağlı nəzərdə tutulan üç təşəbbüsdən danışıb:
"Birincisi fərdi investorların səhm bazarında iştirakının asanlaşdırılmasına yönəlik işlərin aparılmasıdır. İkinci təşəbbüs özəl müəssisələrin İlkin Kütləvi Təklif çıxışlarına həvəsləndirilməsidir. Özəl müəssisələrin səhm bazarı kapitalizasiyasının proqnozlaşdırıla bilən artımı 500 milyon manatdır. Sonuncu təşəbbüs İlkin Kütləvi Təklif akselerator proqramının işə salınmasıdır".
Oxşar xəbərlər
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlətə məxsus şirkətin 30%-lik səhm paketi özəlləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı: Azərbaycan su təchizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı: Azərbaycan su təhcizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












