BFB-nin İdarə Heyətinin sədri: Hazırda kripto bazarı ilə bağlı plan yoxdur
Fundamental bazar məhsullarını dərinləşdirmədən birdən-birə rəqəmsal məhsullara keçmək çətindir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O, qeyd edib ki, insanların bu barədə maarifləndirmə tədbirlərinin aparılması, rəqəmsal transformasiya istiqamətində infrastrukturun qurulması tamamlanmalıdır:
"Həm də kripto bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə bizdən asılı məsələ deyil. Bazarın tənzimləyicisi olan Mərkəzi Bankın özünün dayandığı qanunvericilik var. Bu proses yuxarıdan açağıya doğru olmalıdır. Amma hətta bu tənzimləmə və digər məsələlər tam həll edilsə, bunun özü belə bazarın tam hazır olduğu demək deyil. Hazırda hələ heç səhm bazarında ikinci bazar demək olar ki, yoxdur. Səhv etmirəmsə, oktyabr ayından ikinci bazar açılacaq. O ikinci bazar yetişdikcə, səhm və istiqraz bazarı dərinləşdikcə kripto bazarı ilə də bağlı geniş formada düşünmək olar. Amma bu dəqiqə bununla bağlı plan yoxdur".
Oxşar xəbərlər
BFB-nin sədri: "Səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil"
BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər
İRİA: Xidmətlərin rəqəmsallaşdırılması üçün dövlət qurumları ilə yol xəritəsi hazırlamışıq
"Azərbaycan Sənaye Bankı"nın rəhbərliyinə yeni təyinatlar olub
Bu il Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi












