Dünya Bankı: Azərbaycan su təhcizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər
Azərbaycanda su təhcizatında səmərəliliyin artırılması vasitəsilə Maliyyə Nazirliyi 1.5 mlrd manat vəsaitə qənaət edə bilər.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra deyib.
O bildirib ki, Maliyyə Nazirliyi tərəfindən son 10 ildə bu sahəyə 8 mlrd. manat məbləğində vəsait qoyulub. Növbəti 10 illik dövr üçün 6 mlrd. manata qədər vəsaitin tələb olunacağı ehtimal olunur.
“Məhsuldarlığın artırılması sayəsində növbəti 10 il ərzində dövlət büdcəsində 1.5 mlrd manat məbləğində qənaət oluna bilər. Tələb olunan subsidiyaların məbləği 6 mlrd. manatdan 4.6 mlrd. manata enəcək. Qənaət tariflərin qaldırılması, su itkilərinin azaldılması və işçi heyətin optimallaşdırılması hesabına təmin oluna bilər”- Smita Misra əlavə edib.
Oxşar xəbərlər
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb
Azərbaycana xaricdən pul köçürmələri 1 mlrd. manatı ötüb
Gömrük xətti ilə büdcə daxilolmaları bu il 4 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
