Naxçıvanda I yarımildə büdcə gəlirləri 130 %, xərcləri isə 78 % icra edilib
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirləri 112,4 milyon manat, xərcləri isə 191,7 milyon manat təşkil edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının yerli büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarında büdcə gəlirləri 130,4 %, xərcləri isə 78,3 % icra edilib.
Hesabat dövründə əksər mədaxil mənbələri üzrə faktiki icra məbləği təsdiq edilmiş proqnoz göstəricisindən çox olub, proqnozdan artıq icranın əsas mənbəyini yol vergisi, mənfəət vergisi və sair daxilolmalar təşkil edib.
Büdcə xərclərinin funskional təsnifatın bölmələri üzrə icra vəziyyətinin təhlili isə göstərir ki, bütün bölmələr üzrə icra edilmiş xərclərin məbləği dövr üçün proqnozlaşdırılmış göstəricilərdən aşağı olub.
Oxşar xəbərlər
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
