AMB "Yaşıl layihə"lərlə bağlı qanunvericilik bazası formalaşdırır
sizinxeber.az xəbər saytı

AMB "Yaşıl layihə"lərlə bağlı qanunvericilik bazası formalaşdırır


Kiçik və orta biznes (KOB) subyektlərinin "Yaşıl layihə"lərinin maliyyələşdirilməsi baxımından Azərbaycan Mərkəzi Bankının (AMB) üzərinə düşən əsas məsələ mandatına uyğun olaraq qanunvericilik çərçivəsinin formalaşdırılmasıdır.

"Report" xəbər verir ki, bunu AMB-nin Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

"Bu istiqamətdə təlimatların formalaşdırılmasını və müvafiq qanunvericilik bazasına dəyişiklikləri həyata keçiririk. Bazar inkişaf etdikcə sektordan gələn bildirişlər üzrə növbəti təkmilləşdirmələrin yerinə yetirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı "yaşıl kredit"lərlə bağlı təlimat hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samirə Musayeva: "Yaşıl iqtisadiyyat"a keçid yalnız aqressiv vergiqoyma siyasəti ilə olmur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər