Dövlət Xidməti tərəfindən 1203 satınalma protokolu ləğv edilib
2024-cü ilin yanvar-iyul ayları ərzində satınalan təşkilatlardan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 6218 yekun protokol təhlil edilib. Müsabiqədə qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilən 1203 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Dövlət satinalmalarında şəffaflığın təmin edilməsi rəqabəti yaxşılaşdırır, səmərəliliyi artırır və ədalətli biznes mühitinin inkişafına töhfə verir. Şəffaflığın təmin edilməsində dövlət satınalan təşkilatları, sahibkarlıq subyektləri və nəzarət orqanının birgə səyləri mühüm əhəmiyyət kəsb edir.
Bu mənada satınalan təşkilatlar tərəfindən həyata keçirilən satınalma prosedurlarının qanunvericiliyin tələblərinə uyğun olması, sahibkarların müsabiqədə sərbəst iştirakının təmin edilməsi, satınalma prosedurlarına əməl edilməsi və saxtakarlıq hallarına yol verilməməsi kimi amillərə diqqət yetirilməlidir”- deyə Xidmət rəisi paylaşımda qeyd edib.
Oxşar xəbərlər
Hesablama Palatası dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı təhlillərini açıqlayıb
I yarımildə 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb
Ötən il Azərbaycanda dövlət satınalmalarında büdcə vəsaitlərinə 742 mln. manat qənaət edilib
Dövlət Xidməti 5 bazar subyektinə 190 min manat maliyyə sanksiyası tətbiq edib
Azərbaycanda toyuq əti məhsulları ilə bağlı dövlət standartı qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













