Dövlət Sosial Müdafiə Fondunun mənfəəti 46 % artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2023-cü ili 35,552 milyon manat mənfəətlə başa vurub.
“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 45,9 % çoxdur.
Ötən il DSMF-nin dövlət icbari sığortası üzrə alınmış vəsaitlərdən gəlirləri 41,113 milyon manat (əvvəlki ilə nisbətən 6,6 % çox), idarəetmə xərcləri üçün dövlət büdcəsindən ayırmaları (digər gəlirləri) 103,597 milyon manat (16 % çox), dövlət icbari sığortası üzrə xərcləri 16,018 milyon manat (71,9 % çox), köhnəlmə və amortizasiya xərcləri 5,611 milyon manat (11,3 % çox), əməkhaqqı, maaş və əlaqəli xərcləri 88,748 milyon manat (19,5 % çox), ümumi inzibati xərcləri 11,573 milyon manat (2,6 % çox), faiz gəlirləri 19,794 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə ehtiyatı üzrə xərcləri 2,469 milyon manat (əvvəlki il olmayıb), sair xərcləri isə 4,532 milyon manat (25,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DSMF-nin aktivləri 7 milyard 908,717 milyon manat olub ki, bu da illik müqayisədə 33,9 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 33,6 % artaraq 7 milyard 820,868 milyon manata, balans kapitalı isə 68 % artaraq 87,849 milyon manata, o cümlədən nizamnamə kapitalı 10% artaraq 5,5 milyon manata çatıb.
DSMF 1992-ci ildə yaradılıb. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri və xərcləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri və xərcləri 4 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












