Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində rəqəmsal xidmət təqdim edən xarici şirkətlərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması prosesi davam etdirilir.
"Sizinxeber.az-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, bu il daha 3 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləridir. Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar tərəfindən əlavə ƏDV məbləğı artıq hesablanmır.
Qeyd edək ki, qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatına alınması ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, onların fəaliyyət göstərdikləri və iqtisadi dəyər formalaşdırdıqları ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir.
DVX tərəfindən bu prosesin davamlılığının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Görülən işlər rəqəmsal xidmətlər üzrə vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Böyük Britaniyanın məşhur şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
“Adobe Systems Software Ireland Limited” ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndərilməsi imkanı yaradılıb
DVX: Kriptovalyutadan qazanan şəxslər VÖEN alıb vergi ödəməlidirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
