DLP: "Bir pəncərə" sistemi beynəlxalq ticarət proseslərini vahid platformada birləşdirəcək
sizinxeber.az xəbər saytı

DLP: "Bir pəncərə" sistemi beynəlxalq ticarət proseslərini vahid platformada birləşdirəcək


"Bir pəncərə" sistemi beynəlxalq ticarət proseslərini vahid platformada birləşdirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal Logistika Platformasının (DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

"Əslində, bütün təşəbbüslər "bir pəncərə" sistemi konsepsiyasını əhatə edir. Bu anlayış beynəlxalq ticarətlə bağlı bütün funksiyaların, sənədlərin, sertifikatların və proseslərin vahid platformada birləşdirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, "bir pəncərə" sistemi biznes subyektləri üçün daha faydalı olacaq. Bəli, bu, kifayət qədər mürəkkəb prosesdir. Çünki dövlət qurumlarının xidmətlərinin və informasiya sistemlərinin rəqəmsallaşma səviyyəsi hələ tam təmin olunmayıb. Bu, ciddi çağırışlardan biridir. Lakin bu amil "bir pəncərə" informasiya sisteminin qurulması istiqamətində təşəbbüslərimizin davam etdirilməsinə mane olmamalıdır. Bu xidmətlər üçün xüsusi elektron kabinet təqdim edirik. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin xidmətlərindən biri olan fumiqasiya aktı sistemimiz vasitəsilə elektron formada təqdim olunur", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb
Türkiyə ilə inteqrasiya edilmiş sərhəd məntəqəsinin yaradılması imkanları təhlil ediləcək
Cavid Qurbanov: "Rəqəmsallaşma və prosedurların sadələşdirilməsi TRACECA üzrə daşımaları artıracaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər