Bakıda əmtəə birjası yaradıla bilər
Müəyyən mərhələdə Bakıda əmtəə birjası yaradılmalıdır.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən SOCAR-ın ticarət qolu olan "Socar Trading" şirkətinin açıq neft məhsulları üzrə aparıcı treyderı Anar Həbib bildirib.
"Bunun adı Bakı birjası, enerji birjası və s. ola bilər - bu artıq başqa məsələdir. Belə bir layihə Londondakı ICE birjası ilə birgə müəssisə formatında, həmçinin JP Morgan, Goldman Sachs kimi böyük beynəlxalq bankların dəstəyi ilə həyata keçirilə bilər. Əminəm ki, onlar belə təşəbbüsdə iştirak etməkdən məmnun olarlar", - Anar Həbib qeyd edib.
Onun sözlərinə görə, Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir müzakirə olunur ki, burada effektiv hedcinq mexanizmini necə qurmaq olar.
"Hesab edirəm ki, müəyyən mərhələdə Bakıda bir əmtəə birjasının yaradılması üçün şərait yaranmalıdır", - Anar Həbib vurğulayıb.
Anar Həbib əlavə edib ki, mövcud infrastruktur yalnız müvəqqəti olaraq bu ehtiyacları qarşılaya bilər. Gələcəkdə isə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bakıda Ələt limanı mövcuddur ki, bu da faktiki olaraq azad iqtisadi zonadır. Şimal-Qərbi Avropada Amsterdam, Rotterdam, Antverpen mərkəz (loqistika, sənaye və enerji mərkəzi - red.) kimi oxşar bir model Xəzər sahillərində də yaradıla bilər.
Oxşar xəbərlər
SOCAR: Şirkətlər Yaxın Şərqdəki çətin vəziyyətin tez bir zamanda həllini gözləyir
Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər
Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək
Mərkəzi Bank “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
