ARDNF-də mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) milli mətbuatın 150 illik yubileyi münasibətilə “Milli Mətbuatın 150 İli: Etibarlı, Dürüst, Şəffaf” adlı tədbir keçirilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, tədbirdə müxtəlif media qurumları və agentliklərini təmsil edən nümayəndələr, o cümlədən maliyyə və iqtisadiyyat sahəsində ixtisaslaşmış media peşəkarları iştirak ediblər.
Jurnalistika ənənələrinə və bu sahədə çalışan peşəkarların əvəzsiz töhfələrinə ehtiram əlaməti olaraq təşkil olunmuş tədbir ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən açıq elan olunub. Jurnalistləri əlamətdar gün münasibətilə təbrik edən İsrafil Məmmədov çıxışında bildirib: “Biz inanırıq ki, sağlam və peşəkar media cəmiyyətin tərəqqisinin ayrılmaz hissəsidir. Bu məqsədlə biz media ilə qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığımızı davam etdirir, ictimaiyyətin Fondun fəaliyyəti haqqında daha dolğun məlumat əldə etməsini təmin etmək üçün müxtəlif təşəbbüslər həyata keçiririk.”
Tədbir jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı, bələdçi Fuad Axundovun “Neft və Media” mövzusunda təqdimatı ilə davam edib. Özünəməxsus üslubu ilə çıxış edən Fuad Axundov, Azərbaycanın neft sərvətinin yalnız iqtisadi deyil, həm də informasiya və maarifçilik sahələrində yaratdığı imkanlara toxunaraq, milli mətbuatın inkişafına verdiyi töhfələri tarixi faktlarla diqqətə çatdırıb. Eyni zamanda, o, media tarixində qadın jurnalistlərin önəmli roluna və mətbuatın formalaşmasında gender balansının qorunmasının əhəmiyyətinə dair maraqlı məqamlar səsləndirib.
Tədbirin interaktiv hissəsində ARDNF rəhbərliyi və media peşəkarları milli mətbuatın Azərbaycanın ictimai-siyasi həyatında və maarifçiliyin inkişafında oynadığı rol, habelə media-Fond əməkdaşlığının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri 15 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"APA-Economics"in əməkdaşı Neft Fondunun təşkil etdiyi müsabiqənin qaliblərindən olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"APA-Economics"in əməkdaşı ANeft Fondunun təşkil etdiyi müsabiqənin qalibi olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












