"Rabitəbank" Tovuzda yeni filial açdı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
14:30

"Rabitəbank" Tovuzda yeni filial açdı

23 in, 2025
14:30
607

"Rabitəbank" Tovuzda yeni filial açdı

“Rahat bankçılıq” şüarına sadiq qalan "Rabitəbank" ASC müştəri məmnuniyyətini ön planda saxlayaraq ölkə üzrə filial şəbəkəsini genişləndirməyə davam edir.

Bankın bu istiqamətdə növbəti addımı Tovuz şəhərində yeni filialın açılması olub.

Bankın ölkə üzrə sayca 28-ci filialı olan "Tovuz" filialının açılış mərasimi keçirilib. Yeni filial Tovuz şəhəri, Sabir küçəsi 40 ünvanında yerləşir və müasir dizayn konsepsiyası əsasında tam təmir edilərək istifadəyə verilib.

Bank bu təşəbbüslə regionlarda yaşayan müştərilər üçün bank xidmətlərini daha da əlçatan etməyi və onların gündəlik maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyib. Filialda əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur.

"Rabitəbank"ın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki: ”Rabitəbank" olaraq məqsədimiz müasir texnologiyalar və yüksək keyfiyyətli xidmət prinsipləri əsasında, Azərbaycanın bölgələrində də rahat və əlçatan bankçılığı təmin etməkdir. Bununla yanaşı, bölgələrdə sahibkarlığın və kənd təsərrüfatı sahəsinin maliyyə cəhətdən dəstəklənməsi bankımız üçün strateji əhəmiyyət daşıyır”.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Zeynalov öz çıxışında bildirib ki: “Rabitəbank"ın Tovuzda yeni filialının açılması rayonumuzun sosial-iqtisadi inkişafına verilən dəyərli töhfədir. Bu addım həm rayon sakinlərinin bank xidmətlərinə daha rahat çıxışını təmin edəcək, həm də regionda məşğulluğun artmasına və iqtisadi fəallığa dəstək olacaq. Bank kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.”

“Rabitəbank” 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Bizimlə əlaqə saxlayın