ACIPE sədri: Kredit büroları maliyyə bazarlarında informasiya asimmetriyasını azaldır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
10:50

ACIPE sədri: Kredit büroları maliyyə bazarlarında informasiya asimmetriyasını azaldır

23 in, 2025
10:50
358

ACIPE sədri: Kredit büroları maliyyə bazarlarında informasiya asimmetriyasını azaldır

“Kredit büroları maliyyə bazarlarında informasiya asimmetriyasını azaldır”.


APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı”nda çıxış edən Avrasiya Kredit Məlumat Rəhbərləri Assosiasiyasının (ACIPE) İdarə Heyətinin sədri Ruslan Omarov deyib.

R.Omarov bildirib ki, ACIPE çətiri altında bir araya gələn kredit büroları hər bir ölkənin maliyyə infrastrukturunun inkişafına töhfə verən və maliyyə bazarlarında informasiya assimetriyasını azaldaraq daha keyfiyyətli qərarların verilməsini təmin edən əsas strukturlardır.
“Bu gün məlumat – aktivdir. Kredit büroları isə bu aktivin düzgün dövriyyəsini və qorunmasını təmin edən sistem təşkilatlarına çevrilib”, – deyə Omarov qeyd edib.

O, kredit bürolarının maliyyə təşkilatları arasında etimad mühiti formalaşdırdığını, bu qurumlar arasında informasiya mübadiləsinin təhlükəsiz və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirib.

Ruslan Omarov həmçinin ACIPE Assosiasiyasının beynəlxalq kredit büroları birlikləri, o cümlədən Avropa Assosiasiyası (ACCIS) ilə sıx əməkdaşlıq etdiyini və cəmi 7 il əvvəl yaradılmasına baxmayaraq, ACIPE-nin artıq öz sektorunda tanınan və nüfuzlu platformaya çevrildiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın