ACIPE üzv ölkələr arasında kredit məlumatlarının mübadiləsinə dair memorandum imzalanacaq
sizinxeber.az xəbər saytı

ACIPE üzv ölkələr arasında kredit məlumatlarının mübadiləsinə dair memorandum imzalanacaq


ACIPE üzv ölkələr kredit məlumatlarının mübadiləsinə dair memorandum imzalayacaq.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransında çıxış edən Avrasiya Kredit Məlumat Rəhbərləri Assosiasiyasının (ACIPE) İdarə Heyətinin sədri Ruslan Omarov deyib.

R.Omarov qeyd edib ki, bu təşəbbüs yalnız hər bir ölkənin daxilində deyil, eyni zamanda assosiasiya çərçivəsində şəffaflıq və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir:

“Ümid edirəm ki, sabah bu mühüm hadisənin iştirakçısı olacağıq və kredit məlumatlarının paylaşılması ilə bağlı memorandum imzalanacaq. Bu, prosesə qoşulacaq ölkələr üçün ilk addımdır”, – deyə o vurğulayıb.

Oxşar xəbərlər

ACIPE sədri: Kredit büroları maliyyə bazarlarında informasiya asimmetriyasını azaldır
Bakıda "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilir
Kreml Putinin Araqçi ilə görüşəcəyini təsdiqləyib
Toğrul Əliyev: BOKT-larda kredit risklərinin idarə olunması üzrə yeni layihə hazırlanır
AREA sədri: Azərbaycanda “Yaşıl enerji” təşəbbüslərinə aşağı faizli kredit veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər