Azərbaycan I yarımildə borc ödənişinə 1 milyard manatdan çox vəsait yönəldib
sizinxeber.az xəbər saytı

Azərbaycan I yarımildə borc ödənişinə 1 milyard manatdan çox vəsait yönəldib


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 6 %-i və yaxud 1 milyard 027,5 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

"Sizinxeber.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır.

Yarımildə daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat) ödənilib.

Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
Azərbaycan 9 ayda 1 milyard manatdan çox borc qaytarıb
Bu il 1,1 mlrd. manatdan artıq xarici dövlət borcu qaytarılıb
Azərbaycanın dövlət borcu ötən il ÜDM-in 21,7 %-ni təşkil edib
Gələn il dövlət borcuna 2.5 milyard manatdan çox vəsait yönəldiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər