Azərbaycanın yaxın 2 ildə dövlət borcunun 29 milyard manatı ötəcəyi gözlənilir
sizinxeber.az xəbər saytı

Azərbaycanın yaxın 2 ildə dövlət borcunun 29 milyard manatı ötəcəyi gözlənilir


2026-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 27,6 milyard manata çatacağı proqnozlaşdırılır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

2027-ci ildə isə dövlət borcunun 29,2 milyard manat olacağı gözlənilir.

Dövlət borcuna xidmətləbağlı xərclər 2027-ci il üzrə 2 milyard 397,5 milyon manatproqnozlaşdırılır. 2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclərin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən, 1 milyard 63,5 milyon manatını əsas borc ödənişləri, 364 milyon manatını faiz xərcləri təşkil edir.

2027-ci ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 832,8 milyon manat faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərcləri 2027-ci il üçün 1 milyard 196,8 milyon manat, o cümlədən, xarici dövlət borcu üzrə 364 milyon manat və daxili dövlət borcu üzrə 832,8 milyon manat nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycan ortamüddətli dövrdə dövlət borcunu ÜDM-in 23 %-dən aşağı səviyyədə saxlamağı planlaşdırır
Azərbaycan I yarımildə borc ödənişinə 1 milyard manatdan çox vəsait yönəldib
Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlində 28 milyard manatı ötəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər