Dünya Bankı və tərəfdaşları TBNM-in inkişafına 2 milyard dollardan çox sərmayə qoyacaq
sizinxeber.az xəbər saytı

Dünya Bankı və tərəfdaşları TBNM-in inkişafına 2 milyard dollardan çox sərmayə qoyacaq


Dünya Bankı özəl tərəfdaşlarla birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına 2 milyard ABŞ dollarından çox sərmayə qoyacaq.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Dünya Bankının Qazaxıstan və Türkmənistandakı daimi nümayəndəsi Andrey Mixnev Astana Beynəlxalq Forumunun kuluarlarında jurnalistlərə bildirib.

"Dünya Bankının vəsaitlərini, eləcə də özəl tərəfdaşlar və bankların cəlb edilmiş vəsaitləri nəzərə alınmaqla, TBNM-in inkişafına investisiyaların ümumi məbləği 2 milyard ABŞ dollarından çox olacaq", - A.Mixnev qeyd edib.

Onun sözlərinə görə Dünya Bankı bu marşrutun inkişafı ilə bağlı regionun bir çox ölkələrinin irəli sürdüyü təşəbbüsü dəstəkləyir.

"İnvestisiya baxımından biz həm Qazaxıstanda, həm də digər ölkələrdə - o cümlədən Azərbaycan və Gürcüstanda işləyirik. Həmçinin Türkiyədəki layihələrdə iştirak imkanlarını nəzərdən keçiririk", - daimi nümayəndə əlavə edib.

A.Mixnev xatırladıb ki, ötən ilin noyabrında Dünya Bankı Qazaxıstanda dayanıqlılığın və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə (TBNM-in inkişafı çərçivəsində) 650 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiqləyib.

Oxşar xəbərlər

KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
XİN müavini: "Qazaxıstan TBNM-in inkişafı üçün səy göstərəcək"
ABŞ-də süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkət yaradılacaq
Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər