Bakıda fevralda TBNM ilə bağlı iclas keçiriləcək
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosiasiyasının ümumi yığıncağının və işçi qrupunun iclası fevral ayında Bakıda keçiriləcək.
Bu barədə "Qazaxıstan Dəmir Yolları” SC yanında "İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini Alibi Tulegenov “Sizinxeber.az”a müsahibəsində bildirib.
“Qazaxıstan Dəmir Yolları” və “Azərbaycan Dəmir Yolları” Orta Dəhlizin potensialının artırılması ilə bağlı müntəzəm olaraq dialoq aparır. TBNM Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən iclaslarda marşrutun inkişafı ilə bağlı əsas məsələlər müzakirə edilir, mövcud problemlər təhlil olunur və gələcək əməkdaşlıq üçün strateji prioritetlər müəyyənləşdirilir”, - o vurğulayıb.
A.Tulegenovun sözlərinə görə, hazırda əsas prioritetlərdən biri tranzit vaxtını azaltmaqdır: "Bunun üçün Qazaxıstan və Azərbaycanın nəqliyyat şirkətləri gəmi və qatarların hərəkət qrafikini koordinasiya edir, əməliyyatların əlaqələndirilməsini gücləndirir və gözlənilməz gecikmələrin qarşısını almaq üçün tədbirlər görür".
akıda keçiriləcək görüşdə həm əvvəlki dövrün nəticələri təhlil ediləcək, həm də mövcud çağırışlar və marşrutun daha da inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
"Qazaxıstan Dəmir Yolları": 2025-ci ildə Çindən TBNM ilə 600 konteyner qatarının göndərilməsi planlaşdırılır
Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
