IATA direktoru: Neftin ucuzlaşması hava nəqliyyatına təsir edə bilər
sizinxeber.az xəbər saytı

IATA direktoru: Neftin ucuzlaşması hava nəqliyyatına təsir edə bilər


“Aviasiya yanacağının qiymətləri Kuala Lumpurda altı ay əvvəlki proqnozumuzdan bəri azalmaqda davam edir”.

APA-Economics” xəbər verir ki, bunu IATA Aviasiya Enerji Forumunda çıxışı zamanı təşkilatın xalis sıfıra keçid üzrə direktoru Hemant Mistry deyib.

O bildirib ki, hazırda orta qiymət təxminən 80 dollar/bareldir ki, bu da əvvəlki dövrlə müqayisədə 10 dollar ucuzdur. Neft bazarı hazırda artan təklif və zəifləyən tələbat səbəbilə zəifdir.

IATA direktoru qeyd edib ki, aviasiya yanacağının ucuzlaşması aviaşirkətlər üçün maliyyə baxımından əlverişli olsa da, bu tendensiya iqtisadi yavaşlamaya dair narahatlıqları artırır və bunun hava nəqliyyatı tələbatına təsiri ola bilər: "Beləliklə, hörmətli iştirakçılar, sənayemiz üçün perspektivlər hələ də qeyri-müəyyəndir. Ümid edirik ki, bazarda bəzi düzəlişlər baş verəcək. Amma ümumilikdə, qarşıdakı çətinliklərə hazır olmaq və əməkdaşlığı davam etdirmək daha vacibdir”.

Oxşar xəbərlər

Hemant Mistry: Azərbaycan iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda IATA-nın Aviasiya Enerji Forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kembric Universitetinin direktoru: 2050-ci ilə qədər xalis-sıfır emissiyalara çatmaq fürsətini əldən verə bilərik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Rzayev: Dayanıqlı aviasiya yanacağı proqnozları 2035-ci ilə qədər təxminən 600 min barel ətrafındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər