Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
sen
2024
19:30
0
0
1 656
ff

Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq 

30 sen, 2024
19:30
1 656

Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq 

Cəlilabad rayonunda əkin sahələrinin suvarılması üçün yeni subartezian quyuları qazılacaq.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, ümumilikdə 17 subartezian quyusunun qazılması nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin Cəlilabad rayonunda fəaliyyət göstərən yerli istismar idarəsinin balansında 352,1 km suvarma kanalı mövcuddur. Bunlardan 266 km-i torpaq kanal, 55 km-i beton kanal, 24 km-i növ kanal və 7,1 km-i boru kanaldan ibarətdir. Cari ilin əvvəlindən etibarən suvarma kanallarında 265 kubmetr lildən təmizləmə işləri görülüb. İdarənin balansında 12 ədəd nasos stansiyası, 112 ədəd də subartezian quyusu mövcuddur.

Bizimlə əlaqə saxlayın

×
×