Azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün smeta hazırlanıb
“Tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının, eləcə də Ağdam, Ağdərə, Kəlbəcər və digər azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanıb. Onların tikintisinə başlanacaq”.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
O bildirib ki, İranla birlikdə Araz çayı üzərində Xudafərin və Qız Qalası su anbarları inşa edilib: “Sudan qənaətlə və səmərəli istifadə də çox vacibdir. Əhalinin su təminatında problemlərinin qarşısının alınması üçün görülmüş kompleks tədbirlər nəticəsində respublikada su anbarlarında 2024-cü ildə 4,3 milyard artıq su toplanıb. 1 milyon 431 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlar suvarma suyu ilə təmin edilib. Hazırda anbarlarda toplanan su ehtiyatlarına əsasən deyə bilərik ki, əkin sahələrinin suvarılmasında problem olmayacaq. Türyançay su anbarının layihə smeta sənədləri hazırlanıb. Su Komissiyası tərəfindən bu məsələlər aydınlaşdırılır. Qərar qəbul olunduğu halda Türyançay su anbarının tikintisi həyata keçiriləcək”.
Oxşar xəbərlər
Xidmət rəisi: Bu il əkin sahələrinin suvarılmasında problem olmayacaq
Sudan qanunsuz istifadəyə görə cərimələr sərtləşdiriləcək
Azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi uzunmüddətli icarəyə verilib
Sədr: Fermerləri narahat edən əsas məsələ təbiət hadisələrinin sığortada nəzərə alınmamasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
