Banqkok-Helsinki sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
sizinxeber.az xəbər saytı

Banqkok-Helsinki sərnişin təyyarəsi Bakıya məcburi eniş edib


Finlandiyanın "Finnair" aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə olub.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, Airbus A350 tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyyə olunub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.

Oxşar xəbərlər

“Cathey Pasific” aviaşirkətinin təyyarəsi Heydər Əliyev aeroportuna məcburi eniş edib
Moskva– Dubay marşrutu üzrə hərəkət edən təyyarə Bakı Aeroportuna məcburi eniş edib
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş edib
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle