ADSEA: Subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür
Azərbaycanda bu gecədən başlayaraq pisləşəcəyi gözlənilən hava şəraiti ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qabaqlayıcı tədbirlər görəcək.
Bu barədə ”Report”un sorğusuna cavab olaraq xidmətdən məlumat verilib.
Bildrilib ki, intensiv yağıntılar zamanı yarana biləcək problemlərin qarşısının alınması istiqamətində müvafiq işlər aparılır:
“Belə ki, hazırda həm yağış, həm də tullantı sularının şəbəkələr vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bununla yanaşı, kanalizasiya nasos stansiyaları da təftiş olunur və oradakı mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Yağıntılı hava şəraitində baş verə biləcək çətinliklərin qarşısını almaq üçün tədbirlər davam etdiriləcək”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağışların müşahidə olunacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.
Aprelin 16-da isə yağışların aramsız və intensiv xarakter alacağı, bununla bağlı bəzi ərazilərdə subasma hallarının baş vermə ehtimalı olduğu bildirilir.
Oxşar xəbərlər
Su sayğaclarının donvurmadan qorunması ilə bağlı müraciət olunub - VİDEO
Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir - BİRGƏ MƏLUMAT
Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür
Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək
DYP qeyri-sabit hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












