Su sayğaclarının donvurmadan qorunması ilə bağlı müraciət olunub - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.
Qeyd olunub ki, bu, xətlərin intensiv yağışlar zamanı həm yağış suları, həm də tullantı sularını maneəsiz şəkildə daşıması üçün edilir: “Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materialların da örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.
Oxşar xəbərlər
Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
Sumqayıtda kanalizasiya sisteminin yenidən qurulması üçün 41,5 mln. dəyərində müqavilə imzalanıb
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur
Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur - VİDEO
Əhmədlidə su kollektorunun üzərində tikilən ev qəzalı vəziyyət yaradıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












