Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür
sizinxeber.az xəbər saytı

Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür


Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına gecə saatlarından başlayaraq yağan qar və temperaturun aşağı düşməsi səbəbindən avtomobil yollarında buzlaşmanın yaranmaması üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yollarda yüngül buzlaşma olsa da, nəqliyyatın hərəkətində hər hansı bir problem yaranmayıb.

"Hazırda polis əməkdaşları tərəfindən buzlaşmanın qarşısının alınması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən də zəruri tədbirlər davam etdirilir.

Yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolda hərəkət zamanı ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur", - DİN qeyd edib.

Oxşar xəbərlər

BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Bu yollar buz bağlayıb - Siyahı
DYP küləkli hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər