Cenevrədəki daimi nümayəndəliklər arasında Orta Dəhliz Qrupu yaradılıb
Coğrafi mövqeyinə və infrastruktur potensialına görə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) yer alan ölkələr Cenevrədəki (İsveçrə) daimi nümayəndəliklər arasında Qrup yaradıb.
“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Cenevrədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) "Dayanıqlı gələcək üçün iqlim fəaliyyəti və davamlı infrastruktur" mövzusunda 71-ci sessiyası keçirilib.
Tədbirdə qlobal ətraf mühit problemləri ilə əlaqədar birgə səylər, iqlim dəyişmələrinin nəticələrini azaldan, gələcək nəsillər üçün daha dayanıqlı və təhlükəsiz infrastruktur sistemlərini dəstəkləyən innovativ həllərin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə regional tərəfdaşlığın, hökumətlər, beynəlxalq təşkilatlar və biznes nümayəndələri arasında əməkdaşlığın önəmi qeyd edilib.
Tədbirdə nazirin I müavini Elnur Əliyev Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Macarıstan nümayəndə heyətləri adından Birgə Bəyanatla çıxış edib.
Bəyanatda Orta Dəhlizin Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat marşrutu kimi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Qrupun yaradılmasında məqsəd Orta Dəhlizin səmərəli fəaliyyətinin beynəlxalq səviyyədə təşviq edilməsi, potensialının tam reallaşdırılması, "yaşıl enerji"yə keçidin sürətləndirilməsidir. Qeyd olunub ki, innovasiya və investisiyaların artırılması, ticarətin genişləndirilməsi üçün prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi regional əməkdaşlığı daha da gücləndirəcək.
Sessiya çərçivəsində qlobal iqlim gündəliyinə uyğun olaraq yüksək səviyyəli dialoq, panel iclas və dəyirmi masalar keçirilib.
Oxşar xəbərlər
Nazir müavini: "Azərbaycan SPECA ölkələri üçün tranzit mərkəzinə çevrilib"
Gürcüstanda Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika konfransı olacaq
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
UNECE: Orta Dəhlizi tam rəqəmsallaşdırılmış və uyğunlaşdırılmış marşruta çevirmək olar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
