Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirib
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirib


İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının sərəncamı ilə təsis edilmiş dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşlər keçirib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat naziri müsabiqədə əldə etdikləri uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların peşəkar inkişafında önəmini vurğulayıb.

Görüşdə qaliblərin maraq dairələri və karyera hədəfləri, Mentorluq proqramından gözləntiləri dinlənilib. Proqram çərçivəsində görüləcək işlər və gənclərin peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Yeni iqtisadi tendensiyalar, sahibkarlığın inkişafı kimi məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə iqtisadiyyat naziri gənc və yüksək ixtisaslı kadrların ölkənin iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb. Hər iki qalibə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oxşar xəbərlər

Mikayıl Cabbarov III "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
İqtisadiyyat naziri “Yüksəliş”in qalibləri ilə Mentorluq proqramının növbəti addımlarını müəyyənləşdirib - FOTO
Mikayıl Cabbarov III "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb - YENİLƏNİB
İqtisadiyyat naziri “Yüksəliş”in qalibləri ilə Mentorluq proqramının növbəti addımlarını müəyyənləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər