Azərbaycanın IFC ilə “yaşıl tikinti" sahəsində əməkdaşlığı genişlənir
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə “yaşıl tikinti” sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
“Report” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, müzakirələr Komitənin sədri Anar Quliyevin IFC-nin regional direktoru İnes Roçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.
Bildirilir ki, görüşdə A. Quliyev IFC ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, “yaşıl tikinti” sahəsində aparıcı qlobal təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün növbəti birgə addımların atılmasının vacibliyinə diqqət çəkib.
Eyni zamanda tikinti layihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili imkanları da önəmli müzakirə predmeti olub.
IFC-nin Avropa üzrə regional direktoru bu təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək, Azərbaycanın ekoloji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirib. O, həmçinin IFC-nin dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl bina” layihəsi ilə bağlı qazanılmış qabaqcıl təcrübəni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.
Oxşar xəbərlər
AMB və IFC "yaşıl iqtisadiyyat"ın inkişafını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
