Sizinxeber.az » İqtisadiyyat » İnfrastruktur » Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər

Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər

Azərbaycanla İran “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.

“Sizinxeber.az” IRNA-ya istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında əldə olunub.

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq iclasda bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.

Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək edir.

Qeyd edək ki, üçillik fasilədən sonra keçirilmiş iclasda tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton tranzit həcminə çatmağa imkan verəcək.

Görüşdə İran və Azərbaycanın dəmir yolu qurumları arasında Astarada dəmir yolu terminalının tikintisinin tamamlanması haqqında saziş də imzalanıb ki, bu da “Şimal-Cənub” dəhlizinin reallaşdırılması yolunda mühüm addım olacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !