Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün Azərbaycan və Gürcüstanın birgə səylərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib.
"Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın göstərdiyi səylər nəticəsində BTQ-nin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin ayrılmaz hissəsidir. Hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal işlər görülür. Gürcüstanda yerləşən Poti və Batumi limanları da Orta Dəhlizin inkişafı üçün mühüm elementlərindəndir. Çox şadıq ki, bu gün aidiyyəti qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq. Bütün bunlar Azərbaycan və Gürcüstanın qitələrarası tranzit proseslərində mühüm həlqə kimi rolunu daha da gücləndirir”, - deyə o qeyd edib.
Ruslan Həsənov
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaq
Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq
Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib
Qazaxıstan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
