Duman səbəbindən Gəncə Aeroportuna yönləndirilən AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Duman səbəbindən Gəncə Aeroportuna yönləndirilən AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB-1


Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.

***

10.36

Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib. Bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxaq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək.

Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.

***

07.49

Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.

APA xəbər verir ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.

Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.

Oxşar xəbərlər

Duman səbəbilə ehtiyat hava limanına yönləndirilən təyyarələr tədricən Bakıya yola düşəcək - YENİLƏNİB
Bakıda duman səbəbilə ehtiyat hava limanına yönləndirilən təyyarələr tədricən Bakıya yola düşəcək - YENİLƏNİB
AZAL: Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - YENİLƏNİB
Bakıda duman səbəbilə bir neçə təyyarə ehtiyat hava limanına yönləndirilib
AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər