"Bakı Metropoliteni": Gedişhaqqının artırılması üçün səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb
sizinxeber.az xəbər saytı

"Bakı Metropoliteni": Gedişhaqqının artırılması üçün səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb


"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada bildirilib.

"Metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb" - deyə QSC vurğulayıb.

Qeyd edək ki, bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, sonuncu dəfə ötən il iyunun 30-da ictimai nəqliyyatda, o cümlədən metroda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

Oxşar xəbərlər

Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB
"Bakı Metropoliteni": Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb
"Bakı Metropoliteni"nin yeni sədri kollektivə təqdim edilib
Metroda tuneldə tüstülənmə olub, qatarların hərəkəti 25 dəqiqə gecikib
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər